Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan Rusiyaya ixrac və investisiya həcmlərini artırmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan iclasında deyib.
Ş.Mustafayev qeyd edib: "Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf edir, bizim ölkələr strateji tərəfdaşdırlar. Qarşılıqlı investisiya və mal dövriyyəsi ildən-ilə artır. Bu bizi sevindirir, lakin qeyd etməliyəm ki, potensialımız daha böyükdür".