Bakı. Azad Həsənli - Trend:
Azərbaycanda icbari tibbi sığorta və səhiyyə xidmətləri göstərən qurumların gəlirlərinin mənfəət vergisindən müddətsiz azad edilməsi planlaşdırılır.
Trend-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasında deyib.
Onun sözlərinə görə, bu, parlamentə təqdim olunmuş vergi qanunvericiliyinə dəyişikliklərdə nəzərdə tutulub.