...

Azərbaycan və İran anlaşma memorandumu imzaladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2016 17:35 (UTC +04:00)
Azərbaycan Sahibkarlar (işəgötürənlər) Konfederasiyası (ASK) və İran Ticarət, Sənaye, Mədən və Kənd təsərrüfatı Palatası anlaşma memorandumu imzalayıb.
Azərbaycan və İran anlaşma memorandumu imzaladı

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Sahibkarlar (işəgötürənlər) Konfederasiyası (ASK) və İran Ticarət, Sənaye, Mədən və Kənd təsərrüfatı Palatası anlaşma memorandumu imzalayıb.

Trend-in məlumatına görə, sənəd Bakıda bu gün keçirilən Azərbaycan-İran biznes forumu zamanı imzalanıb.

Biznes forumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev İran - Azərbaycan iqtisadi əlaqələrinin yüksək səviyyədə olduğunu deyib.

Nazir deyib: “Bu ilin 11 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 60 faiz artıb. Bu, yaxşı göstəricidir.”

Biznes forumda müxtəlif sahələri təmsil edən 200-dən artıq sahibkar iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti