...

“PAŞA Həyat” keyfiyyət idarəetməsi üzrə beynəlxalq sertifikatını yeniləyib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2017 16:55 (UTC +04:00)
Keyfiyyətin idarəetmə sisteminin beynəlxalq standartlara uyğunluğunun təsdiqlənməsi üçün “TÜV Thüringen” beynəlxalq sertifikatlaşdırma şirkəti tərəfindən audit keçirilib.
“PAŞA Həyat” keyfiyyət idarəetməsi üzrə beynəlxalq sertifikatını yeniləyib (FOTO)

Bakı. Trend:

“PAŞA Həyat Sığorta” ASC-nin keyfiyyətin idarəetmə sisteminin beynəlxalq standartlara uyğunluğunun təsdiqlənməsi üçün “TÜV Thüringen” beynəlxalq sertifikatlaşdırma şirkəti tərəfindən audit keçirilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, auditin nəticəsi olaraq “PAŞA Həyat Sığorta” ASC-nin daha müasir uyğunluq sertifikatına - ISO 9001:2015 beynəlxalq keyfiyyət standartına layiq görülməsi qərara alınıb.

Audit müştərilərin şirkət tərəfindən təqdim olunan məhsul və xidmətlərdən məmnunluq səviyyəsinin artırılması məqsədi ilə şirkətdə keyfiyyətin idarəetmə sisteminin standartının bütün tələblərinə uyğunluğunun yoxlanılması üçün keçirilib.

Audit zamanı keyfiyyətin idarəetmə sisteminin planlaşdırılmasının və tətbiqinin səmərəliliyi, həmçinin şirkətin siyasətində əks olunmuş məqsədlərə nail olunmasında effektivliyi dərəcəsi də yoxlanılıb. Uğurla yekunlaşan yoxlama zamanı, keyfiyyət idarəetmə sisteminin inkişafında şirkətin əməkdaşlarının yüksək peşəkarlığının rolu xüsusi qeyd olunub.
Qeyd edək ki, yeni təqdim olunan və 3 il qüvvədə olacaq ISO 9001:2015 beynəlxalq keyfiyyət uyğunluq sertifikatı şirkətin sayca üçüncü sertifikatı sayılır. İlk İSO sertifikatı 2011-ci ldə verilib və həmin ildən etibarən hər il “TÜV Thüringen” tərəfindən “PAŞA Həyat Sığorta” şirkətində nəzarət auditi keçirilir.

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin mart ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti