...

Sərnişin gəmisi təmirdən sonra da neftçilərə xidmət edəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2017 12:14 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “MPK-460” sərnişin gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda tərsanəyə qaldırılıb.
Sərnişin gəmisi təmirdən sonra da neftçilərə xidmət edəcək (FOTO)

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “MPK-460” sərnişin gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda tərsanəyə qaldırılıb.

QSC-dən Trend-ə verilən məlumata görə, qısa vaxtda gəminin sükan-pər qurğusu açılıb, pərvanələr balanslaşdırılıb, lövbər və zəncirləri rənglənərək yerinə yığılıb. Hazırda gəminin gövdəsi pasdan təmizlənir. İşlərin yekununda isə uzunluğu 34, eni 7 metr olan gəminin bütün sualtı hissəsi rənglənəcək.

Xəzər Dəniz Neft Donanmasında istismar edilən 66 sərnişin tutumuna malik gəminin maksimal sürəti 11-12 üzeldir. Neftçilərin və çox da ağır olmayan yüklərin Neft Daşları və platformalara daşınmasını həyata keçirən gəminin yaxşı manevr qabiliyyəti estakadalar arasında effektiv idarəsinə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti