...

Xalq Bank “Nyu-Yorka səyahət” aksiyasının 3-cü turunun qaliblərini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2017 16:20 (UTC +04:00)

Bakı. Trend:

Xalq Bankda bu il may ayının 1-dən dekabrın 31-dək seçilmiş bank əməliyyatları yerinə yetirən müştərilər, eləcə də Bankın tərəfdaş ticarət məntəqələrində Xalq Bank POS-terminalları vasitəsi ilə ödəniş edən hər kəs Nyu-Yorka aviabilet qazanmaq şansı əldə edir.

Bankdan Trend-ə verilən məlumata görə, müştərilərin Xalq Bankın filiallarında təcili pul köçürmələri, kommunal və digər ödənişlər, depozit seyfləri, fərdi bank hesabları üzrə əməliyyatlara görə, eləcə də, emitent bankdan asılı olmayaraq, tərəfdaş ticarət məntəqələrində bankın POS-terminalları ilə ödəniş edən bütün kart sahibləri Bakcell mobil nömrələrinə 40 dəqiqəyədək danışıq balansı və aksiya xalları qazanırlar. Ay ərzində toplanan xalların sayına görə on lider müştəri dəyərli hədiyyələrə sahiblənir. Dörd ayın nəticəsinə görə ən çox xal qazanan müştəri isə Bakı-Nyu-York-Bakı aviabileti qazanır. İştirakçı XAL sözünü 5555 qısa nömrəsinə göndərdikdə aksiya xalları haqda məlumatın qeyd olunduğu sms ala bilər. SMS-xidmət pulsuzdur.

Avqustun 3-də "Nyu-Yorka səyahət" aksiyasının 3-cü turu keçirildi və qaliblər müəyyən olunub.

Qalib

Hədiyyə

Xal

Mustafayev Xaliq Ədalət

Alov smartfonu

320

Piriyev Vüsal Səfər

"Sakitgöl Otel" Şamaxıda 3 günlük, 2 nəfərlik istirahət kuponu

300

Tahirov Nail Yaşar

"Sabina" P&C Şirkətindən 50 AZN-lik hədiyyə kuponu

265

Kərimova Billurə Rasim

"Forelli" Geyim mağazasından 70 AZN-lik hədiyyə kuponu

205

Umayev Nicat Xanoğlan

"Fleuriste" Gül dükanından 50 AZN-lik hədiyyə kuponu

140

Hüseynov Əyyubbəy Malik

"Nisa Beauty" Şirkətindən 50 AZN-lik hədiyyə kuponu

130

Xancığazov Avtandil İntizam

"Domino's Pizza" Restoranından 30 AZN-lik hədiyyə kuponu

120

Sadıqov Natiq Xankişi

"Ronnefeldt" Çay köşkündən 30 AZN-lik hədiyyə kuponu

120

Rəhimova Vəfa Saday

Ofis qolf dəsti

110

İsmayılov İldırım Süleyman

“Selfi çubuğu, Parker qələm, Fotoatlas” dəsti

110

Hüseynov Arzu Əli

Azpetrol Şirkətindən 30 litrlik Elektron Yanacaq Talonu

105

Qasımov Fərid Bəyəhməd

Azpetrol Şirkətindən 30 litrlik Elektron Yanacaq Talonu

90

Aksiyaya texniki dəstək Bakcell Ulduzum proqramı tərəfindən, turizm dəstəyi Qatar Airways şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təmin edilir. Aksiya haqda daha ətraflı məlumatı və tərəfdaş ticarət məntəqələrinin siyahısını www.xalqbank.az/aksiya internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti