Qiymətli kağızlar bazarında artım müşahidə edilib

Qiymətli kağızlar bazarında artım müşahidə edilib

Bakı. Trend:

2017-ci ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlar bazarı 9,2 mlrd. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Trend-ə verilən məlumata görə, əməliyyatların sayında, həm də ayrı-ayrı bazar seqmentlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilib. Belə ki, 2017-ci ilin 9 ayı ərzində korporativ qiymətli kağızların təkrar bazarı 3 dəfə artaraq 1,1 mlrd. manatı ötüb, dövlət qiymətli kağızlar bazarı 8 dəfə artaraq 3 mlrd. manat, törəmə maliyyə alətləri bazarı isə 15% artaraq 3,7 mlrd. manat olub.

Hesabat dövrü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcminin 58% (və ya 404 mln. manat) artaraq 1,1 mlrd. manat təşkil etməsinə səbəb olub. Ümumilikdə, səhmlərin ilkin bazarında bağlanan əqdlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 1 mlrd. manatı üstələyib.

Hesabat dövründə korporativ istiqrazlarla bağlanmış əqdlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 82% azalaraq 1,3 mlrd. manat olub. Digər tərəfdən hesabat dövründə xarici valyutada yerləşdirilmiş korporativ istiqrazların həcmi 5 dəfə artaraq 109,4 mln. manata çatıb. Eyni zamanda, korporativ istiqrazların həm milli, həm də xarici valyutada təkrar bazarında əhəmiyyətli artım müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə manatla təkrar bazarın həcmi 14,6 dəfə artaraq 753 mln. manat, xarici valyutada isə 22 dəfə artaraq 284 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən milli valyutaya olan təzyiqlərin azaldılması məqsədilə manat kütləsinin sterilizasiyası not buraxılışı vasitəsi ilə həyata keçirilib. Məhz not buraxılışı dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyən edib.

Cari ilin 9 ayında dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 8 dəfə artaraq 3 mlrd. manatı üstələyib, bunun da 83%-ni (və ya 2,5 mlrd. manat) Mərkəzi Bankın notları ilə ilkin bazarda bağlanan əqdlər təşkil edib. Mərkəzi Bankın notları nəzərə alınmadan da dövlət qiymətli kağızlar bazarında müsbət dinamika müşahidə olnunmuşdur (bu seqment ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% və ya 126,3 mln. manat artmışdır). Notların ilkin bazarında bağlanmış əqdlər üzrə orta çəkili gəlirlilik 10,91% təşkil edib.

Hesabat dövründə qısa və ortamüddətli dövlət istiqrazları ilə 506,4 mln. manat məbləğində əqd bağlanıb. Qısamüddətli dövlət istiqrazlarının ilkin bazarında (472,7 mln. manat) bağlanmış əqdlər üzrə orta çəkili gəlirlilik 13,67% olub. Dövlət istiqrazları ilə təkrar bazar əqdlərinin məbləği 33,7 mln. manat olub.

Hesabat dövrü ərzində Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 3,4 mlrd. manat olan valyuta əsaslı və ümumi dəyəri 307,4 mln. manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 3,7 mlrd. manat olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artıb.

Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 11,6 mln. manat olub. Bunun 85%-ni (9,9 mln. manat) dövlət istiqrazları ilə olan 15 repo əməliyyatı təşkil edib. Korporativ istiqrazlarla 1,7 mln. manat məbləğində 2 repo əməliyyatı aparılıb.

2017-ci ilin yanvar-sentyabr aylarında 7,2 mlrd. manat və 3,1 mlrd. ABŞ dolları məbləğində qiymətli kağızların dövlət qeydiyyatı həyata keçirilib. Həmçinin 349 min avro məbləğində korporativ istiqrazlarım buraxılışı dövlət qeydiyyatına alınıb.

Səhmlər üzrə: 2017-cı ilin ilk 9 ayı ərzində ümumi məbləği 2,3 milyard manat olan 40 səhm dövlət qeydiyyatına alınıb. Bunlardan 1,2 milyard manatı kredit təşkilatları, 54,7 milyon manatı sığorta şirkətləri, 963 milyon manatı isə digər təşkilatlara məxsusdur.

Korporativ istiqrazlar üzrə: Hesabat dövründə 205 mln. manat və 1051,4 mln. ABŞ dolları məbləğində 35 korporativ istiqrazlar dövlət qeydiyyatına alınıb. Cari ilin mart ayında uzun fasilədən sonra ilk dəfə avro ilə 349 min avro məbləğində 1 korporativ istiqrazın (sonuncu dəfə 2011-ci ildə) dövlət qeydiyyatı həyata keçirilib. Dövr ərzində kredit təşkilatlarına məxsus ümumilikdə 3,7 mln. manat və 1002,2 mln. ABŞ dolları məbləğlərində 20 korporativ istiqrazlar dövlət qeydiyyatına alınıb.

Dövlət qiymətli kağızları üzrə: 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 3,9 mlrd. manat məbləğində dövlət qiymətli kağızları qeydiyyata alınıb. Dövr ərzində Maliyyə Nazirliyinin ümumi məbləği 700 mln. manat olan dövlət istiqrazları və Mərkəzi Bankın ümumi məbləği 3,2 mlrd. manat olan notları dövlət qeydiyyatına alınıb.

Hesabat dövründə 3 mlrd. ABŞ dolları və 800 mln. manat məbləğində ümumilikdə 9 veksel buraxılışı dövlət qeydiyyatına alınıb.

Könül Nurullayeva: Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq
Könül Nurullayeva: Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq
"Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı - Rauf Əliyev
"Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı - Rauf Əliyev
Tural Gəncəliyev: Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil
Tural Gəncəliyev: Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil
Loading Bars
Xəbər lenti
Sabahın hava proqnozu açıqlanıb
Könül Nurullayeva: Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq
"Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı - Rauf Əliyev
Bakıda mənzildə köməksiz qalan şəxs xilas edilib
Böyük Britaniyada bıçaqla hücumda 4 nəfər yaralanıb
Ermənistan sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub
Qanada avtobus çaya düşüb, 8 futbolçu həlak olub
Braziliyada koronavirusdan ölənlərin sayı 136 min nəfəri ötüb
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Bakıda “Mitsubishi” maneəyə çırpılıb
Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 minə yaxınlaşır
Nigeriyada avtobusun çaya düşməsi nəticəsində 14 nəfər ölüb
İtaliyada parlamentarilərin sayına dair referendum keçiriləcək
Fransada rekord sayda yeni yoluxma halı qeydə alınıb
Londonda yeni karantin və peyvəndləməyə qarşı aksiyada 32 nəfər saxlanılıb
Moskvada koronavirusdan ölənlərin sayı 5 058 nəfərə çatıb
Tramp: ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq
Moskvanın hava limanlarında 33 aviareys ləğv edilib və ya təxirə salınıb
Özbəkistanda koronavirusa yoluxanların sayı 50 min nəfəri ötüb
Nərimanov rayonunda top mərmisi tapılıb (FOTO)
Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək – AzTV-nin efirində Qarabağ MÜZAKİRƏSİ
Britaniyada bir gündə koronavirusa 4 422 nəfər yoluxub
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Beyləqanda PQ-7 raketinin boş motor hissəsi aşkar olunub (FOTO)
Əfqanıstan HHQ-nin aviazərbələri nəticəsində 40 "Taliban" üzvü məhv edilib
BDU professorun universitetə buraxılmaması ilə bağlı məsələyə aydınlıq gətirdi
Türkiyədə koronavirusdan sağalanların sayı 266 min nəfəri ötüb
Tural Gəncəliyev: Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil
Prezident İlham Əliyev: Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik
Prezident İlham Əliyev: Ermənistan regional sabitlik üçün təhdiddir
Prezident İlham Əliyev: Bu gün Ermənistanda söz sahibi Sorosdur
Xəzərdə dalğanın hündürlüyü 2,7 metrə çatıb - FAKTİKİ HAVA
Azərbaycan Prezidenti: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir
Prezident İlham Əliyev: Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq
Prezident İlham Əliyev Ermənistanın baş naziri haqqında: Sən kimsən ki, bizimlə şərt dilində danışırsan
Prezident İlham Əliyev: İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir
Prezident İlham Əliyev: Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib
Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
Dövlətimizin vətəndaş faktoru və xalqın mənafeyi nöqteyi-nəzərindən idarə olunması sabitliyin qarantıdır
"Əsrin müqaviləsi" Azərbaycanın gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə verən ən böyük tarixi sənəddir - Deputat
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Prezident İlham Əliyev: Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır
Azərbaycan Prezidenti: Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir
Prezident İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir
Pakistanlı senator: Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi
"Xəzəri qoruyaq" adlı təmizlik aksiyaları keçirilib (FOTO)
Prezident İlham Əliyev: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi
Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb
Azərbaycan Prezidenti: Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi
Mingəçevir Dövlət Universitetində təqaüdə ayrılan iki qocaman müəllimlə görüş keçirilib (FOTO)
Cəlilabadda fərdi ev yanıb
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib (FOTO)
Prezident İlham Əliyev: Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və uzun illər belə olacaq
HDQ komandanı: Sosial şəbəkədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır
Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxsi polislər saxlayıb (FOTO/VİDEO)
İranda koronavirusdan ölənlərin sayı 24 min nəfəri keçib
Prezident İlham Əliyev: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır
Finlandiyanın Nokia şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb
Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb (FOTO)
Külli miqdarda vergini ödəməkdən yayınan şirkət rəhbərinin istintaqı yekunlaşıb
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirilib (FOTO)
Prezident İlham Əliyev: Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir
Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub
Azərbaycan neftinin qiymətləri dəyişib
SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqlayıb
Paşinyanın arvadı növbəti dəfə qadınlar üçün hərbi təlimlər keçirəcək - Ermənistan ordudakı problemləri "həll" etməyə çalışır
Çay haqqında bilmədiklərimiz
Bağlanan 4 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb
ABŞ-da etiraz aksiyasında atışma - Ölənlər var
Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlanıb
Sumqayıt Yüksək Gərginlikli Eletrik Şəbəkəsində fəhləni cəryan vurub öldürdü
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Rusiyada koronavirusa gündəlik yoluxma sayı 6 mini keçdi
Hansı halda işçiyə əmək kitabçasının dublikatı verilməlidir?
Kürdəmirdə qazlaşdırılma səviyyəsi 100 %-ə çatdırılıb (FOTO)
FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı (VİDEO)(ƏLAVƏ OLUNUB)
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb (FOTO)
Sabah 29 dərəcəyədək isti olacaq
Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi cərimələndi (FOTO)
FHN əməkdaşına müqavimət göstərən şəxsin işi məhkəməyə göndərilib
Qida əlavələrinin idxalı ilə məğul olan sahibkarlarla görüş olub
Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib
Magistraturaya plan yerlərinin 85 faizi dolub
Vaxtından əvvəl doğulmuşların göz müayinəsi nə üçün vacibdir?
Gürcüstanda koronavirusa yoluxma üzrə yeni rekord
Deputat Naqif Həmzəyev seçiciləri qəbul edib (FOTO/VİDEO)
“Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib
Ermənistanda koronavirusa yoluxanların sayı 47 mini keçib
Şamaxıda arvadını bıçaqlayan şəxs saxlanılıb
MN: Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa və sərt cavab tədbirlərinə tam hazırdır
DTX bəzi internet saytlarında və sosial şəbəkələrdə yayılan siyahı ilə bağlı iddialara aydınlıq gətirdi
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edilib (FOTO)
Cəbhə bölgəsində özünüməşğulluq proqramına qoşulan işsiz şəxslər üçün kiçik təsərrüfatlar qurulur (FOTO)
"Telegram"ın işində qüsurlar yaranıb
Azərbaycan bostan bitkilərinin ixracını artırır
SOCAR: Bakı NEZ-in təmiri müddətində daxili tələbat üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var
Bütün xəbərlər