...

Əbülfəs Qarayev: II Bakı Şopinq Festivalında alıcıların sayı 2 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2017 12:37 (UTC +04:00)
II Bakı Şopinq Festivalında alıcıların sayı 2 dəfə artıb.
Əbülfəs Qarayev: II Bakı Şopinq Festivalında alıcıların sayı 2 dəfə artıb

Bakı. Cani Babayeva - Trend:

II Bakı Şopinq Festivalında alıcıların sayı 2 dəfə artıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, II Şopinq Festivalı bundan əvvəlki festival kimi böyük marağa səbəb oldu:

"Müxtəlif ölkələrdən, xüsusilə Körfəz ölkələrindən, eləcə də İrandan və Rusiyadan turistlərin məhz Şopinq Festivalı çərçivəsində Azərbaycana gəlməsi olduqca təqdirəlayiqdir və bu bizi çox sevindirir. Turist axını keçən dəfəyə nisbətən çoxalır. Yerli sakinlərin də marağı artıb".

Ə.Qarayev əlavə edib ki, II Bakı Şopinq Festivalında alıcıların sayı ilk festivalla müqayisədə 1,5 – 2 dəfə artıb: "Bu, birinci il üçün yaxşı nəticədir. Amma dəqiq rəqəmləri ayın axırında təqdim edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti