...

"Turizm haqqında" qanuna dəyişiklik edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2017 15:34 (UTC +04:00)
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
"Turizm haqqında" qanuna dəyişiklik edilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycana gələn turistlər 3 saat ərzində elektron viza ala bilməsi ilə bağlı “Turizm haqqında” qanuna dəyişiklik edilir.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib.

Qanuna dəyişiklik redaktə xarakterlidir.

Qeyd edək ki, bu il avqustun 30-dan etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edirlər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti