Bakı. Ənvər Məmmədov - Trend:
Bu gün Bakıda "Made in Azerbaijan" brendinin loqotipinin təqdimatı keçirilib.
Trend-in məlumatına görə, loqotip "Trade Mark Leo Burnett Azerbaijan" şirkəti tərəfindən yaradılıb.
Şirkətin baş direktoru Abbas Fətullayev bildirib ki, loqotip Azərbaycanın zəngin təbiətini, dəyərlərini, mədəniyyətini, incəsənətini və müasirliyini əks etdirir.