Bakı. Trend:
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti “Mühafizə xidməti üçün qış geyimlərinin” açıq müsabiqə üsulu ilə satın alınmasını elan edir:
QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 26 sentyabr 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 2 oktyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 03 oktyabr 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:
Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1401).