...

Nazir: Azərbaycanın ixracatında sənaye sektorunun payı 50 faizi ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2018 16:04 (UTC +04:00)
2018-ci il yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracında sənaye sektorunun payı 52 faizə çatıb
Nazir: Azərbaycanın ixracatında sənaye sektorunun payı 50 faizi ötüb

Bakı. Trend:

2018-ci il yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracında sənaye sektorunun payı 52 faizə çatıb.

Trend-in məlumatına görə, bunu “Möhtəşəm quruculuq: dünən, bu gün, sabah” adlı konfrans zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, son 15 il ərzində ölkədə 2 milyon yeni iş yeri yaradılıb ki, bunlardan 75 faizi regionların payına düşüb:

“Sənaye parklarının 70-dən çox rezidenti tərəfindən ölkə iqtisadiyyatına beş milyard dollardan çox investisiya qoyulub. Ötən ilin yekunlarına əsasən ÜDM-də özəl sektorun payı 84 faiz, məşğulluqda 76 faiz təşkil edib. Son 15 il ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi 250 milyard dollara çatıb. Bu investisiyalardan yarısı xarici investisiyaların payına düşür”.

Nazirin sözlərinə görə, investisiyaların 60 faizdən çoxu qeyri-neft sektoruna yerləşdirilib. Hesabat dövründə xarici ticarətin həcmi 5,3 dəfə, qeyri-neft ticarəti 4,1 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti