...

“AzerGold” QSC AXC-nin 100 illiyi münasibəti ilə elan olunan Təqaüd Proqramını yekunlaşdırıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2018 15:37 (UTC +04:00)
“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə elan olunan Təqaüd Proqramının yekunlarına həsr olunan tədbir keçirib.
“AzerGold” QSC AXC-nin 100 illiyi münasibəti ilə elan olunan Təqaüd Proqramını yekunlaşdırıb (FOTO)

Bakı. Trend:

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə elan olunan Təqaüd Proqramının yekunlarına həsr olunan tədbir keçirib.

“AzerGold” QSC-dən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində qurumun İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və mövcudluğunu milli tariximizin vacib səhifələrindən olduğunu bildirərək, təqaüd proqramının şirkətin sosial məsuliyyət siyasəti çərçivəsində Azərbaycanda elmin inkişafına, AXC dövrü tarixinin, respublikaçılıq ənənələrinin araşdırılmasına dəstək vermək məqsədilə elan edildiyini qeyd edib.

Müsabiqənin münsiflər heyətinin üzvü, tarixçi alim Firdovsiyyə Əhmədova dövlət başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” kimi elan olunmasının yüksək əhəmiyyətini vurğulayıb. “AzerGold” QSC-nin tarixi tədqiqatları stimullaşdıran azsaylı şirkətlərdən olduğunu qeyd edərək, tarixçi alim digər şirkətləri də bu müsbət nümunədən faydalanmağa çağırıb.

Daha sonra tarixçi alim Anar Vəliyev, növbəti illərdə də tarix elminin inkişafını dəstəkləyəcək tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, cari ilin may ayında elan edilmiş müsabiqə AXC dövrü tarixinin az araşdırılmış istiqamətlərini əhatə etmişdir. Tarixçi alimlər Firdovsiyyə Əhmədova və A.Vəliyev, həmçinin “AzerGold” QSC nəzdində fəaliyyət göstərən Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Sadiqə Mehdiyevadan ibarət münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə nəticəsində Azər Nağıyevin təqdim etdiyi “AXC-də pul və qiymətli kağızlar siyasəti”, A.Əliyevin təqdim etdiyi “AXC dövründə sənaye, aqrar məsələlərə dair bolşevik mətbuatında əks təbliğat” və Ziyad Əmrahovun təqdim etdiyi “Azərbaycan parlamentarizminin xüsusiyyətləri” kimi mövzular səs çoxluğu ilə qalib seçilmişlər. Müraciətçilər arasında qalib seçilən tədqiqatçıların təqdim etdikləri araşdırmaların yerli və xarici mətbuatda işıqlandırılmasına dəstək verilməsi də Sosial Məsuliyyət Komitəsi tərəfindən həyata keçiriləcəkdir.

“AzerGold” QSC nəzdində fəaliyyət göstərən Korporativ Sosial Məsuliyyət Komitəsi növbəti illərdə də sosial elmlərin inkişafını, o cümlədən tarixi araşdırmaları təşviq edən layihələrin icrasını nəzərdə tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti