...

Azər Mursaqulov: Azərbaycanda aparılan islahatlar iqtisadiyyatı sabitləşdirməyə imkan verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2019 10:29 (UTC +04:00)
Azərbaycanda aparılan islahatlar iqtisadiyyatı sabitləşdirməyə imkan verib.
Azər Mursaqulov: Azərbaycanda aparılan islahatlar iqtisadiyyatı sabitləşdirməyə imkan verib

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycanda aparılan islahatlar iqtisadiyyatı sabitləşdirməyə, inflyasiyanın səviyyəsini azaltmağa və valyuta ehtiyatlarını artırmağa imkan verib.

Trend-in məlumatına görə, bunu Bakıda "Fitch Ratings" agentliyinin illik konfransında Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktor müavini Azər Mursaqulov deyib.

O, xüsusilə maliyyə sahəsində aparılan islahatları qeyd edib: "Bu islahatlar arasında dövlət borclarının idarə edilməsi strategiyası və yeni fiskal qaydalar əsas yer tutur".

Direktor müavininin sözlərinə görə, neft gəlirlərindən istifadə limiti qaydalara uyğun olaraq hər il hesablanacaq:

“Dövlət borclarının idarə edilməsi strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ötən ilin avqustunda təsdiq edilib və ölkədə makroiqtisadi vəziyyətin yaxşılaşdırılmasına istiqamətlənib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti