...

Cybernet MMC fəaliyyətini yeni ofisdə davam etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2019 14:00 (UTC +04:00)
2004-cü ilin noyobr ayından rəsmi fəaliyyətinə başlayan Cybernet MMC istər ölkəmizdə və istərsə də onun hüdudlarından kənarlarda beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Cybernet MMC fəaliyyətini yeni ofisdə davam etdirəcək

Bakı. Trend:

2004-cü ilin noyobr ayından rəsmi fəaliyyətinə başlayan Cybernet MMC-nin ötən 15 il ərzində mürəkkəb proqram məhsullarının tətbiqi və inkişafı sahəsində uğurlu fəaliyyəti nəticəsində Şirkət istər ölkəmizdə və istərsə də onun hüdudlarından kənarlarda beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

Şirkətin uğurlarının açarı proqram məhsullarını hazırlayan yüksək ixtisaslı mütəxəssislər komandasının olmasıdır. Son illər ərzindəki inkişaf, yeni texnologiyaların tətbiqi insan faktorunun ön plana çəkilməsi, əməkdaşların işə münasibətində, iş keyfiyyətinin yüksəldilməsi nəticəsində nail olunmuşdur.

Təlim və sertifikatşadırılmaya əsaslanan kadr siyasətinin nəticəsi olaraq hazırda şirkətdə çalışan 100-ə yaxın mütəxəssisin 30-dan çoxu ən mürəkkəb biznes sistemlərinin, həmçinin informasiya və kommunikasiya həllərinin hazırlanması, təkmilləşdirilməsi və dəstəklənməsi hüququ verən beynəlxalq sertifikatlara malikdir.
Rəhbərlik Şirkətin əsas kapitalı olan kollektivin mövcud iş şəraitinin yaxşılaşdırılması istiqamətində addımlarını atmaqda davam edir. Yüksək işçi məmnuniyyətini hədəfləyən Cybernet fəaliyyətini yeni təmir edilmiş ofisdə davam etdirəcəkdir. Yeni ofis işçilər üçün daha əlverişli şəraitə malikdir, müasir tələblərə tam cavab verir.
Şirkətin ofisində şirkətin rəhbərliyi, habelə şirkətin, Texniki departamenti də daxil olmaqla, struktur bölmələrinin əsas hissəsi yerləşəcəkdir.

Şirkətin yeni ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 16.

Əlaqə nömrələri:
(012) 525 17 04
(012) 525 17 05
(012) 525 17 09
(012) 525 17 10

Məqalədə:
Xəbər lenti

Xəbər lenti