...

Qazaxıstan limanlarından Azərbaycana yükaşırmanın həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Aprel 2020 10:55 (UTC +04:00)
2020-ci ilin birinci rübündə Qazaxıstanın Aktau və Kurık limanlarında Azərbaycan istiqamətində 475 min ton yük aşırılıb
Qazaxıstan limanlarından Azərbaycana yükaşırmanın həcmi açıqlanıb

Bakı. Trend:

2020-ci ilin birinci rübündə Qazaxıstanın Aktau və Kurık limanlarından Azərbaycan istiqamətində 475 min ton yük aşırılıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.

Bu barədə Trend-ə Qazaxıstan Sənaye və İnfrastruktur Nazirliyindən bildiriblər.

Məlumata əsasən, 2019-cu ildə Aktau və Kurık limanlarından Azərbaycan istiqamətində 1,655 milyon ton yük aşırılıb ki, bu da 2018-ci illə müqayisədə təxminən 10 faiz azdır.

Nazirlikdən bildiriblər ki, 2019-cu il ərzində Kurık limanında 1,370 milyon ton bərə yükü, o cümlədən 8 865 vahid avtonəqliyyat (63 faiz artım), 20 306 vaqon (16 faiz azalma) emal olunub.

2020-ci ilin yanvar-mart aylarında Kurık limanında 369 min ton bərə yükü, o cümlədən 2 138 vahid avtonəqliyyat (145 faiz artım), 5 171 vaqon (20 faiz azalma) emal olunub.

Nazirlikdən xatırladıblar ki, hazırda Qazaxıstanda müxtəlif tonnajlı gəmilərə xidmət göstərən üç dəniz limanı fəaliyyət göstərir: Aktau, Bautino və Kurık limanı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti