...

Rumıniya XİN: Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun potensialı böyükdür

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2020 08:18 (UTC +04:00)
Rumıniya XİN: Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun potensialı böyükdür

Trend-i buradan izləyin

Bakı. Ceyla Əliyeva - Trend:

Qara dəniz – Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutu layihəsinin inkişafı və regional əməkdaşlıq potensialı böyükdür.

Bu barədə Trend-ə Rumıniya Xarici İşlər Nazirliyindən deyiblər.

Qeyd olunub ki, bu marşrut Mərkəzi və Şimali Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında intermodal dəniz-çay və avtomobil-dəmiryol marşrutunun yaradılmasına yönəlib:

"Bu layihə ikitirəfli Rumıniya-Türkmənistan təşəbbüsünə əsaslanır. Qara dəniz – Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutu üzrə danışıqlar Rumıniya, Türkmənistan, Azərbaycan və Gürcüstan arasında dördtərəfli formatda davam edir".

Nazirlikdən onu da bildiriblər ki, bu cür regional layihələrin aktuallığı bilavasitə bura daxil olan ölkələrin maraqları çərçivəsindən çıxır. Belə ki, həmin marşrut Avropa İttifaqının (Aİ) gündəliyində vacib yer tutur və bu, Aİ-nin Avropa və Asiyanın birləşməsi üzrə Strategiyasında və Mərkəzi Asiya üzrə yeni Strategiyasında yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti