...

Ukrayna şirkətləri Ağdam şəhərinin bərpasında iştirak edə bilər - Ukraynalı deputat

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2021 17:24 (UTC +04:00)
Ukrayna şirkətləri Ağdam şəhərinin bərpasında iştirak edə bilər - Ukraynalı deputat

Trend-i buradan izləyin

Bakı. Cani Babayeva - Trend:

Ukrayna şirkətləri Ağdam şəhərinin bərpasında və tikintisində, eləcə də Qarabağ bölgəsində kənd təsərrüfatının bərpasında iştirak edə bilər.

Bunu bazar ertəsi Trend-ə Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux deyib.

O bildirib ki, Ağdama səfəri zamanı işğalçıların törətdiyi dağıntıların şahidi olub: "Bütün şəhər dağıntılar içindədir. Amma bizə Ağdamın bir neçə ildən sonra necə olacağı ilə bağlı görüntülər təqdim etdilər. Təqdim olunan investisiya layihələrini Ukrayna tərəfinə ötürəcəyik. Yəqin ki, bizim şirkətlər Ağdam şəhərinin bərpasında və tikintisində, eləcə də Qarabağ bölgəsində kənd təsərrüfatının bərpasında iştirak edə bilər".

Deputat əlavə edib ki, Ukrayna hər zaman alternativ enerji mənbələri axtarır və Azərbaycan neft və qazı bu cür mənbədir: "Ukrayna bazarında SOCAR çox yaxşı təmsil olunur. Fikrimcə, biz qaz və neft sahələrində əməkdaşlığı genişləndirəcəyik".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti