...

2021-ci ilin yekunlarına əsasən Bakı limanında beş milyon tonadək yük aşırılması proqnozlaşdırılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2021 12:44 (UTC +04:00)
2021-ci ilin yekunlarına əsasən Bakı limanında beş milyon tonadək yük aşırılması proqnozlaşdırılır  (FOTO)

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin yekunlarına əsasən Bakı limanı vasitəsilə beş milyon tonadək yük aşırılması proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bunu limanın baş yük terminalının rəisi Elxan Babayev deyib.

"Quru yük terminalının ərazisində 1,2 min konteyner saxlamaq imkanı var. Limanın ümumi yükaşırma gücü 15 milyon ton təşkil edir, amma bu il beş milyon ton yükün aşırılması proqnozlaşdırılır. Bundan başqa, quru yük terminalında 8 yük kranı quraşdırılıb. Onlardan ikisi 80 ton, ikisi 40 ton, dördü isə 30 tonluqdur", - deyə o, bildirib.

E.Babayev qeyd edib ki, konteyner yükləri limana əsasən, Çindən gəlir və tranzitlə bir sıra ölkələrə, o cümlədən İtaliya, Özbəkistan, İspaniyaya yola salınır.

O əlavə edib ki, Bakı limanına mineral gübrələrin əsas tədarükçüsü Türkmənistandır, onun payına tədarükün 90 faizi düşür.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti