...

FAO ilə "Agrarco" arasında saziş imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2022 12:45 (UTC +04:00)
FAO ilə "Agrarco" arasında saziş imzalanıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO) ilə "Agrarco" şirkəti arasında əməkdaşlıq və fəaliyyətin koordinasiyası barədə sazişin imzalanması mərasimi keçirilib.

Trend-in məlumatına görə, sənəd "Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi - HAZER" layihəsi çərçivəsində imzalanıb.

Sənədə əsasən, tərəflər fındıq istehsalı və emalı, bu sahədə öncül təcrübənin tətbiqi, fermerlərin potensialının artırılması üzrə tədbirlərin təşkili üzərində işləyəcək. Bundan başqa, tərəflər bərpa olunan enerji mənbələrinin istifadəsi, logistika potensialını tədqiq edəcək, eləcə də digər fermerlərə öncül texnologiyaların mənimsənilməsində kömək göstərəcək.

Qeyd edək ki, sənədi FAO-nun Tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak və "Agrarco"nun direktoru Cavid Kazımov imzalayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti