Bakı.Trend:
TRACECA Xəzər və Qara dəniz limanları vasitəsilə Mərkəzi Asiya-Avropa İttifaqı marşrutu üzrə təlim-tanışlıq səfəri keçirəcək.
Bu barədə Trend-ə TRACECA-dan bildiriblər. Mənbənin məlumatına görə, layihə mayın 16-dan 24-dək davam edəcək.
Təlim-tanışlıq səfəri Aktau, Bakı, Tbilisi və Batumi şəhərlərini əhatə edəcək.
Layihədə Mərkəzi Asiya ölkələrindən, Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyədən 40-a yaxın nümayəndə iştirak edəcək.
Tədbir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi və "KazLogistics" Qazaxıstan Nəqliyyatçılar İttifaqı ilə əməkdaşlıqda keçiriləcək.
(Tərcümə: Orxan Nəbiyev)