...

2025-ci ilədək Azərbaycanın qeyri-neft ixracının həcmi artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2022 13:13 (UTC +04:00)
2025-ci ilədək Azərbaycanın qeyri-neft ixracının həcmi artırılacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilə qədər Azərbaycanın qeyri-neft ixracının 5 milyard dollara çatdırılması planlaşdırılır.

Trend xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev "KOB imkanlarının genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və yaşıl inkişaf" mövzusunda beynəlxalq tədbirin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, AZPROMO milli strategiya çərçivəsində ixracın coğrafiyasının genişləndirilməsinə yönəlib.

"2025-ci ilə qədər Azərbaycanın qeyri-neft ixracının 5 milyard dollara çatdırılması planlaşdırılır. Bundan əlavə, bizim 15 hədəf bazarımız var", - deyə Y.Abdullayev bildirib.

O əlavə edib ki, agentlik ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsi istiqamətində fəal iş aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti