...

Azərbaycan şirkəti ilk dəfə Avropaya şüşə butulka ixrac edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2023 13:23 (UTC +04:00)
Azərbaycan şirkəti ilk dəfə Avropaya şüşə butulka ixrac edib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Glassica" QSC ilk dəfə Rumıniya və Moldovaya 250 mindən çox şüşə qab (butulka) ixrac edib.

Trend xəbər verir ki, bu barədə bu gün mediatur zamanı QSC-nin korporativ direktoru Emil Əsgərov jurnalistlərə deyib.

O, müəssisənin illik istehsal gücünün 20 milyon manatdan çox investisiya ilə 60-90 milyon ədəd müxtəlif rəngli şüşə qab (butulka) olduğunu qeyd edib.

"Glassica" QSC hazırda Azərbaycanın şüşə qablara tələbatının 30-40 faizini təmin edir. Biz bu ilin mart ayında Sumqayıt Kimya Sənaye parkı ərazisində daha bir zavod inşa etməyi planlaşdırırıq. Onun istehsal gücü indiki zavoddan üstün olacaq, investisiya dəyəri isə 60 milyon manat təşkil edəcək. Zavod təqribən 14 ay ərzində inşa olunacaq", - Əsgərov deyib.

O həmçinin, müəssisənin yaradılması ilə iki xarici və beş yerli şirkətlə məhsul satışına dair razılaşma imzalandığını əlavə edib.

Qeyd edək ki, hazırda müəssisədə 140 nəfər daimi iş yeri ilə təmin olunub. Müəssisə fəaliyyətə başladığı tarixdən üç milyondan artıq şüşə qab istehsal edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti