...

Tələbələrin Azərbaycan iqtisadiyyatına və innovasiya ekosisteminə inteqrasiyası vacibdir - Emin Əmrullayev

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2024 12:16 (UTC +04:00)
Tələbələrin Azərbaycan iqtisadiyyatına və innovasiya ekosisteminə inteqrasiyası vacibdir - Emin Əmrullayev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Tələbələrin Azərbaycan iqtisadiyyatına və innovasiya ekosisteminə inteqrasiyası vacibdir.

Trend xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev "Baku Investment Day (BakuID24)" tədbirində deyib.

Təhsil naziri 2014-cü ildə başladılan Sabah proqramının mühüm uğurlarını qeyd edərək, proqramın son on il ərzində istedadlı tələbələrin hazırlanmasına töhfə verdiyini, onlara bacarıqların inkişafı və real dünya barədə məlumatlılığının artırılmasına imkan yaratdığını vurğulayıb.

"2014-cü ildə proqram başlayanda kontekst və reallıq bu günlə müqayisədə tamamilə fərqli idi. Müəyyən etdik ki, universitetlərdə əldə olunan biliklər heç də həmişə müasir əmək bazarının ehtiyacını qarşılamaq üçün kifayət etmir. Təkcə nəzəri biliklər deyil, həm də sənaye anlayışı, bizneslə əlaqəli mədəniyyətin inkişafı da vacibdir", - nazir deyib.

O, həmçinin, tələbələrin Azərbaycanın iqtisadiyyatına və innovasiya ekosisteminə inteqrasiyasının vacibliyini qeyd edib və bildirib ki, bu, mühüm dəyişikliklərə səbəb ola bilər.

"Gənc istedadlar karyeralarının erkən mərhələlərində iqtisadiyyat sahəsindəki liderlərlə ünsiyyət qurmaq imkanı əldə etdikdə, bu, həqiqətən də, əhəmiyyət kəsb edir. Bu, uğur üçün lazım olan bacarıq və təcrübənin formalaşmasına imkan yaradır", - deyə o vurğulayıb.

Nazir rəqəmsal səriştələrin və STEM təhsilinin vacibliyini qeyd edərək, bu il rəqəmsal bacarıqlar üzrə hazırlıqdan keçən ilk tələbələrin buraxılışının olacağını qeyd edib. Nazir növbəti illərdə bu cür tələbələrin sayının əhəmiyyətli dərəcədə artacağını və bu sayədə gəncləri müasir çağırışlara hazırlamağın mümkün olacağına əminliyini bildirib.

"İnanırıq ki, istedadların sıxlığı mühüm rol oynayır. Gənc mütəxəssislərimiz kimi dünyanın heç bir yerində öz həmyaşıdlarından geri qalmır. Bütün çətinliklərə baxmayaraq, təhsildə və iqtisadiyyatda düzgün seqmentasiyaya diqqət yetirsək, transformasiya üçün böyük imkanlar görürük", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti