...

Budapeştdə tranzit iqtisadiyyatında aqrar sektorun rəqabətə davamlılığının artırılması məsələsi müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2005 15:10 (UTC +04:00)

Dekabrın 3-də Budapeştdə başa çatmış eyni adlı elmi-praktiki konfrans çərçivəsində tranzit iqtisadiyyatında aqrar sektorun rəqabətə davamlılığının artırılması məsələsi müzakirə edilib. Trend bildirir ki, konfransda AR kənd təsərrüfatı nazirliyinin aqrar islahatlar və sahibkarlığın inkişafı şöbəsinin müdiri İslam İbrahimov iştirak edib.

Konfrans BASİS birgə araşdırmalara dəstək proqramı çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilib.İ.İbrahimov Trend ə bildirib ki, tədbirdə o, iştirakçıları Azərbaycanda həmin sahənin vəziyyəti barədə məlumatlandırıb və "Azərbaycanda aqrar islahatların səmərəliliyi" adlı məruzə ilə çıxış edib. Tədbirdə dünyanın təxminən 20 ölkəsinin mütəxəssisləri iştirak edib.Həmçinin kənd təsərrüfatı istehsalçılarına baş çəkmək üçün iştirakçıların Budapeştin ətraf qəsəbələrinə səfəri də təşkil edilib.

Ümumilikdə, konfransın əsas məqsədi aqrar-sənaye sektorunun rəhbərləri, araşdırıcılar, potensiallı sərmayəçilər ilə aqrar siyasətinin təkmilləşdirilməsi və MDB ölkələrinin iqtisadi artımının formalaşdırılması üçün kənd təsərrüfatı istehsalının məhsuldarlığının artırılması yollarının geniş müzakirə edilməsi idi.

Xəbər lenti

Xəbər lenti