...

Azərbaycanın dövlət büdcəsi 2005-ci il ərzində 101% yerinə yetiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2005 13:08 (UTC +04:00)

Maliyyə Nazirliyinin proqnozuna görə, dövlət büdcəsinin mədaxil hisssəsinin icrası 2005-ci ilin yekunlarına əsasən 101%, məxaric hissəsi isə 98% təşkil edəcək. Bu barədə Trend ə maliyyə naziri Əvəz Ələkbərov bildirib. Beləliklə, büdcə artımı ilk dəfə olaraq 36% təşkil edəcək.

Nazirin sözlərinə görə, vakansiya, yəni vəsaitlər kimi məxaric bəndlərinin yerinə yetirilməməsi gözlənilir, vakant vəzifələrə təyin edilənlər digər məqsədlərlə istifadə olunmayacaq. Bundan başqa, ezamiyyət xərcləri və Dövlət investisiya proqramı ilə bağlı qənaət ediləcək. Bu il hazırlana bilməyən investisiya layihələri 2005-ci ilin dövlət büdcəsi hesabına maliyyələşmə almayacaq.

Ə.Ələkbərovun sözlərinə görə, bütövlükdə, 11 ay ərzində investisiya proqramı 90% yerinə yetirilib. Büdcə vəsaitləri hesabına telekommunikasiya, nəqliyyat, energetika kompleksi, səhiyyə, məktəblərin inşası kimi sahələrdə layihələr maliyyələşdirilib. O, hesab edir ki, Dövlət investisiya proqramı minimum 97% yerinə yetiriləcək.

İlkin məlumatlara görə, ÜDM-nin artımı 2005-ci ilin yekunlarına əsasən, 26% səviyyəsində, əhalinin adambaşına real gəlirləri - 26%, inflyasiya artımının tempi - rayonda 9,7-9,8% gözlənilir.

Xəbər lenti

Xəbər lenti