...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsasnaməsi Ukrayna və Fransanın təcrübəsinə əsasən hazırlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2006 17:02 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsasnaməsinin hazırlanmasında Ukrayna və Fransanın bu sahəyə baxan qurumlarının təcrübəsindən istifadə olunacaq. Trend xəbər verir ki, bu barədə Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib.

H.Rəcəbli qeyd edib ki, Qadın Problemləri üzrə Dövlət Komitəsi ictimai birlik kimi fəaliyyət göstərirdi. Bu ada ailə və uşaq sözünü əlavə etdikdən sonra mahiyyət dəyişib, eyni zamanda səlahiyyət artıb: "Gənclər və İdman Nazirliyində olan uşaq problemi, Səhiyyə Nazirliyində olan ailə məsələləri ilə yeni yaradılan komitə məşğul olacaq". Komissiya sədri onu da bildirib ki, bu gün dövlətimizdə ailə və uşaq problemi önə çəkildiyindən belə bir komitə yaradılıb.

H.Rəcəbli onu da əlavə edib ki, Ali Məcəllənin təkmilləşdirilməsində yeni yaradılan komitə onlara yardımçı olacaq.

Xəbər lenti

Xəbər lenti