...

AutoShow - 2006 -da 15 ölkədən 60 şirkət iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2006 16:40 (UTC +04:00)

AutoShow-2006 III Azərbaycan beynəlxalq avtomobil sərgisində 15 ölkədən 60 şirkət iştirak edir. Iteca Caspian LLC.-də Trend ə bildirilib ki, sərgidə Rusiya, Yaponiya, Polşa, Ukrayna, Hindistan, Almaniya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Tayland, Çexiya və digər ölkələrdən şirkətlərin iştirakı gözlənilir. 2005-ci illə müqayisədə sərginin ekspozisiya sahəsi 50% artırılıb.

Sərgi martın 15-dən 18-dək Heydər Əliyev adına idman-konsert kompleksində keçiriləcək.

Sərginin əsas bölmələri aşağıdakılardır: minik avtomobilləri, avtobuslar, yük maşınları, xüsusiləşdirilmiş avtomobillər, avtomobil mühərrikləri və bunların komponentləri, avtomobil tüninqi, avtomobil aksessuarları, avtomobilə qulluq vasitələri, şinlər, rezin-texniki məmulatlar, avtoelektrika və avtoelektronika, avtomobil kuzovları, ehtiyat hissələri, mühafizə siqnalizasiyaları və qaçırmaya qarşı sistemlər, audio sistemlər, akkumulyator batareyaları, avtomobillərin təmiri və texniki xidmət.

Sərginin keçirilməsində İqtisadi İnkişaf Nazirliyi, Bakı şəhər İcra hakimiyyəti, Ticarət-Sənaye Palatası, Azərbaycanın Avtomobil dilerləri Assosiasiyası, ixrac və investisiyaların təşviqi Fondu, TUSIAB, sahibkarlar təşkilatı Milli konfederasiyası dəstək göstərəcək.

Xəbər lenti

Xəbər lenti