...

Azərbaycanın Milli Bankı öz ehtiyatlarından 100 milyon dollar Dünya Bankının xəzinədarlığına verə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2006 19:42 (UTC +04:00)

Azərbaycanın Milli Bankı (AMB) Dünya Bankının xəzinədarlığı ilə valyuta ehtiyatlarının bir hissəsinin idarə olunmaq üçün ona verilməsi barədə danışıqlar aparır. Trend in məlumatına görə, AMB-nın rəhbəri Elman Rüstəmov jurnalistlərə bildirib ki, müzakirə olunan ehtiyatların həcmi $100 mln. ola bilər. Onun sözlərinə görə, danışıqlar həmçinin, texniki yardım göstərilməsi, treninqlərin keçirilməsi üzrə geniş proqramın reallaşdırılmasına aid ola bilər. Xəzinədarlıq ilə AMB arasında razılaşma bu il imzalana bilər.

Qeyd etmək lazımdır ki, hazırda MB-ın aktivlərinin bir hissəsi 3 təşkilat - UBS, ABN Amro, GP Morgan tərəfindən idarə olunur. Onlardan hər birinin payına əsas bankın ümumi məbləğindən $50 mln. düşür.

Xəbər lenti

Xəbər lenti