MDB və Baltikyanı ölkələrin dəmir yolu nəqliyyatı Şurasının Tallində (Estoniya) keçiriləcək 43-cü beynəlxalq forumunun iclasında Azərbaycan nümayəndə heyətinə dövlət dəmir yolu idarəsinin (ADDY) rəisi Arif Əsgərov başçılıq edəcək. Bu barədə Trend ə ADDY-də bildirilib.
Qarşıdakı görüşdə Şuranın ötən iclasının qərarının icrası, konteyner daşımalarının perspektivləri, 2006-2007-ci ilin tədbirlər planı, habelə dəmir yolu şəbəkəsində MDB və Baltikyanı ölkələrin əlaəqələrinin genişəlndirilməsi imkanları ilə bağlı məsələlər müzakirə ediləcək.
ADDY-də qeyd olunub ki, belə tədbirlərdə ölkələrin vaqonlardan istifadəsinə dair qarşılıqlı borcları ilə bağlı məsələlər müzakirə olunur. ADDY-də bildirilib ki, Azərbaycanın belə borcu yoxdur.