Heydər Əliyev adına Beynəlxalq Aeroport dizel generatorları üçün ehtiyat hissələrin alınması üzrə açıq tender elan edib. Trend in verdiyi məlumata görə, tenderə yekun vurularkən sərfəli qiymət, yüksək keyfiyyət, layihənin yerinə yetiriləcəyi müddətin dəqiqliyi, eləcə də, oxşar layihələrin yerinə yetirilməsində təcrübəyə malik olan şirkətlərə üstünlük veriləcək.
Ehtiyat hissələrinin çatdırılması müqavilənin bağlandığı gündən 30 gündən gec olmayaraq həyata keçirilməlidir. Ödəniş il ərzində hissə-hissə həyata keçiriləcək. Tender təkliflərinin qəbulu mayın 22-nə kimi həyata keçiriləcək. Tender təkliflərinin açılışı bu il mayın 30-da beynəlxalq aeroportun binasında keçiriləcək.