...

TRACECA hava nəqliyyatına diqqəti artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2006 20:47 (UTC +04:00)

İndiyə qədər TRACECA layihələri çərçivəsində quru və dəniz nəqliyyatları üçün 3 layihə gerçəkləşdirilib, lakin 2015-ci ilə qədər nəqliyyat dəhlizinin inkişafı strategiyası çərçivəsində hava nəqliyyatına diqqətin ayrılması nəzərdə tutulub. Bunu Trend agentliyinin məlumatına əsasən, bu təşkilatın baş katibi Lüdmila Trenkova bildirib.

"Bu, bizim işimizdə dövrün tələbindən irəli gələn yeni istiqamətdir. Biz TRACECA proqramı çərçivəsində hava nəqliyyatı sahəsində işə başlamağa çalışacağıq" - deyə o əlavə edib. L.Trenkovun dediklərinə görə, son fəaliyyət planına aviasiya administrasiyaları heyəti üçün təlimlərin keçirilməsi layihəsi daxil edilib. Bu ilin sonuna qədər aviadispeçerlərin treninqi üzrə layihənin gerçəkləşdirilməsinə başlanacaq. Bu, həmin istiqamətdə görüləcək böyükmiqyaslı işlərin başlanğıcıdır.

Xəbər lenti

Xəbər lenti