...

Asiya İnkişaf Bankı və "Respublika" bankı kredit xəttinin açılması barədə müqavilə imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2006 17:43 (UTC +04:00)

Gələn həftə "Respublika" səhmdar-kommersiya bankı ilə Asiya İnkişaf Bankı arasında ticari maliyyələşmə üzrə kredit xəttinin açılışı ilə bağlı müqavilənin imzalanması həyata keçiriləcək. Bu barədə Trend ə bankdan məlumat verilib. Banka Azərbaycanda özəl sektorun dəstəklənməsi üzrə 2006-cı ilin martında bankın Direktorlar Şurasının təsdiqlədiyi AİB-ın layihəsi çərçivəsində revolver kredit təqdim olunacaq.

Kredit xəttinin məbləği $4 mln. təşkil edir. Bu xətt Avropa Yenidənqurma və İnkişaf Bankının ticari maliyyələşdirmə proqramına uyğundur. AİB ilə "Respublika" bankı arasında kreditləşmə ilə yanaşı Azərbaycan bankının səhm kapitalında iştirakla bağlı danışıqlar aparılır. Bu təklif "Respublika" bankında nəzərdən keçirilir və hələ konkret qərar qəbul edilməyib.

Xəbər lenti

Xəbər lenti