Iyul ayının 1-dən etibarən Bank of Baku, yeni "100 manata accent" depozit kampaniyasına start verir. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.
Kampaniyanın şərtlərinə əsasən bankda "100 MANATA ACCENT" adlı depozit hesabı açan fiziki şəxs 14%-ə qədər illik gəlir qazanmaq və 3 ədəd Hyundai Accent-dən birini udmaq imkanına malik olur.
Kampaniyanın digər səciyyəvi cəhətləri də ilkin əmanət məbləği və əmanətin müddəti ilə bağlıdır. Kampaniya müddətində hətta 100 AZN və ya 100 USD məbləğində vəsaiti olan şəxslər belə Bankda əmanət hesabı aça biləcəklər. Onu da qeyd edək ki, hər 100 manat və ya 100 AZN məbləği 1 ədəd şans verir.
Bankda "Universal", "Balaca Sahibkar", "Mənim ailəm", "IİP konstruktor", "Təqaüdə hazırlıq", "Qayğısız təqaüdçü" və "Bayram Sonata"sı kimi depozit hesabı olan fiziki şəxslər də super prizin oynanılmasıda iştirak edə bilər.