...

Bank Respublika əmanətçilər arasında uduş kampaniyasının müddətini uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2006 12:25 (UTC +04:00)

Bank Respublika öz əmanətçiləri arasında hər ay keçirilən uduş kampaniyasını daha 6 ay müddətinə uzadıb. Kampaniyanın növbəti qalibləri bu ilin 15 avqust tarixində müəyyən olunacaq. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Kampaniyanın şərtlərinə əsasən, bankın müştərilərinin ən azı 12 ay müddətində və 1000 USD / EUR / AZN məbləğində olan əmanətləri uduş kampaniyasında iştirak edir. Əmanətin hər 1000 USD / EUR / AZN məbləği hər ay 2 şansa bərabərdir. Keçirilən kampaniyada hər ay hər biri 1000 ABŞ dolları olmaqla 2 pul mükafatı oynanılır. Qaydalara əsasən, Bankın əməkdaşları və səhmdarları bu kampaniyada iştirak etmir.

Bank Respublika bu kampaniyanı keçən ilin iyun ayında başlayıb və bu müddət ərzində Bankın 24 əmanətçisi hər biri 1000 ABŞ dolları qazanıb. Bu dövrdə Bankda əhalinin müddətli əmanətlərinin həcmi 2 dəfədən çox artıb.

Bank Respublika, həmçinin, plastik kart müştəriləri arasında uduş kampaniyası keçirir. Bankın müştəriləri - MasterCard və Maestro kartlarının sahibləri - "İtaliyaya səyahət" uduş kampaniyasında iştirak edir. Kampaniyanın əsas mükafatı İtaliyaya 7 günlük 4 nəfərə səyahətdir. 15 əlavə mükafatlar isə kompüter və iPod musiqi pleyerləridir.

Xəbər lenti

Xəbər lenti