...

Azərbaycan Beynəlxalq Bankının birinci yarımil üzrə mənfəəti 16,914 mln. AZN təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2006 15:24 (UTC +04:00)

2006-cı ilin il 1 iyula olan məlumata əsasən, Azərbaycan Beynəlxalq Bankının mənfəəti 68,4% artaraq 16,914 mln. AZN təşkil edib.

Trend banka istisnadən xəbər verir ki, bankın birinci yarımil üzrə gəlirləri 81,266 mln. AZN-ya çatıb, halbuki ötən ilin müvafiq dövründə bu rəqəm 55,742 mln. AZN səviyyəsində olub. Bankın faiz gəliri 52,122 mln. AZN, xidmət və komisyonlar haqqları üzrə - 29,145 mln. AZN, plastik kartlarla əməliyyatlar üzrə - 4,517 mln. AZN təşkil edib.

Bu müddət ərzindən bankın xərcləri 64,353 mln. AZN təşkil edib. Bank təkcə faizlərin ödənilməsinə 15,464 mln. AZN ödəyib.

İyulun 1-nə bankın aktivləri 46,5% artaraq 1333,167 mln.AZN-ya çatıb, halbuki ötən ilin müvafiq dövründə bu rəqəm 909,972 mln. AZN səviyyəsində olub. 2001-ci ilin sonuna bankın aktivləri 333,591 mln. AZN-ya bərabər olub.

Kredit portfeli 746,161 mln. AZN, hüquqi və fiziki şəxslərin depoziti - 1164,011 mln. AZN təşkil edib. 2001-ci ilin sonuna bankın depozit portfeli 313,677 mln.AZN olub

Xəbər lenti

Xəbər lenti