...

Hollandiyanın FMO bankı "Respublika" bankına kredit xətti açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2006 18:00 (UTC +04:00)

Hollandiyanın FMO İnkişaf bankı və "Respublika" SKB Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi üçün banka kredit xəttinin ayrılması üzrə danışıqları başa çatdırıb. Bankdan Trend ə verilən məlumata görə, kredit müqaviləsi avqustun 28-də Bakıda imzalanacaq.

Kreditin ümumi məbləği $10 mln təşkil edir və 5 il üçün nəzərdə tutulub. FMO-nun kredit ehtiyatları mənimsənildiyi zaman əsas diqqət bankın filialları vasitəsilə regionlara yönəldiləcək. Hazırda onların sayı 16-dır. 9 filial paytaxtdan kənarda yerləşir.

Bu günədək "Respublika" bankı Avropa Yenidənqurma və İnkişaf bankı, Qara Dəniz Ticarət və İnkişaf bankı, Asiya İnkişaf bankı və Almaniyanın DEG İnvestisiya Korporasiyasından maliyyə vəsaiti alıb.

2005-ci il aprelin 28-də "Respublika" bankı və Almaniyanın aparıcı maliyyə institutları arasında imzalanmış müqavilələrə görə, DEG (KfW banklar qrupunun üzvü) və Sparkassen International Development Trust (SIDT, Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) bankın səhmdarlarıdır. Onlar 25% + 1 səhm ölçüsündə səhm paketi əldə edib.

Xəbər lenti

Xəbər lenti