...

44 gün ərzində Azərbaycanın Vergilər Nazirliyi kassa aparatlarından istifadə üzrə 21 mindən artıq qanun pozuntusu aşkarlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2006 20:03 (UTC +04:00)

Sentyabrın 6-na olan vəziyyətə görə, operativ vergi nəzarəti üzrə geniş miqyaslı tədbirlər çərçivəsində 86 236 obyektdə vergi reydləri keçirilib. Trend in Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin məlumatına istinadən xəbər verdiyi kimi, 21465 obyektdə qanun pozuntusu faktı qeydə alınıb. Nəticədə vəzifəli şəxslərə qarşı 1953,985 min manat məbləğində cərimə tətbiq olunub.

Bakıda 2006-cı il iyulun 24-dən başlanan vergi reydləri kassa-nəzarət aparatlarından istifadə, alıcılara çeklərin verilməsi, yəni əhali ilə nağd pul hesablaşmasının aparılması qaydalarına riayət olunmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti