...

Azərbaycanda arıçılıq məhsullarının sərgi-yarmarkasında 300 arıçı iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2006 18:58 (UTC +04:00)

Sentyabrın 18-də Bakıda arıçılıq məhsullarının 5-ci ümumrespublika sərgi-yarmarkası keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin heyvanadarlıq məhsullarının istehsalı, emalı, damazlıq və otlaq şöbəsinin rəisi Çingiz Fərəcovun Trend ə verdiyi məlumata görə, tədbirdə Azərbaycanın bütün regionlarından, o cümlədən Naxçıvan MR-dən 300 arıçı iştirak edəcək.

Tədbirin təşkilatçısı Kənd Təsərrüfatı Nazirliyidir. Sərgi sentyabrın 24-dək davam edəcək.

Ötən il analoji tədbirdə Azərbaycanın Daşkəsən, Quba, İmişli, Yardımlı, Balakən, Qax, Goranboy, Ağdaş, İsmayıllı, Lənkəran, Şəki, Oğuz, Naxçıvan, Göyçay kimi 50-dək regionundan 200 arıçı iştirak etmişdir.

Xəbər lenti

Xəbər lenti