...

QTİB Azərbaycan Mikromaliyyələşdirmə Bankının kapitalına investisiya yatırımı ilə bağlı qərar qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2006 12:12 (UTC +04:00)

Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) Azərbaycan Mikromaliyyələşdirmə Bankının (AMMB) kapitalının artırılması üçün invesitiya yatırımı ilə bağlı qərar qəbul edib. Trend in xəbər verdiyi kimi, bu barədə QTİB-in Azərbaycan üzrə direktoru, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov məlumat verib. Onun sözlərinə görə, həmin əqdin bağlanmasına dair qərar QTİB-in direktorlar şurasının sonuncu iclasında qəbul olunub.

AMMB-nin idarə heyətinin sədri Endrü Paspilovskinin Trend ə verdiyi məlumata görə, QTİB AMMB-nin nizamnamə kapitalına investisiya qoymaq barədə qərar qəbul edən ilk səhmdarıdır. AMMB kapitalında səhmlərin 25,55%-i QTİB-ə məxsusdur və Azərbaycan bankının 6,850 mln. dollarlıq ümümi kapitalına bu günə qədər QTİB tərəfindən 1,750 mln. dollar yatırılıb. E. Paspilovskinin sözlərinə görə, QTİB ilə əqd tam olaraq Azərbaycan Milli Bankı tərəfindən razılıq əldə olunduqdan sonra bağlanacaq. Bankın kapitalına ödənişlə bağlı bu və digər səhmdarlarla bütün hüquqi məsələlər 2006-cı ilin sonuna kimi başa çatmalıdır.

Artım nəticəsində bankın nizamnamə kapitalı AMB-nin 2007-ci il iyul ayının 1-i üçün qoyduğu tələbi (10 mln. AZN) ötəcək. Trend in artıq xəbər verdiyi kimi, AMMB-nin kapitalı 12,5 mln. dollaradək artırılacaq.

Hal-hazırda AMMB-də digər səhmdarların iştirak payı aşağıdakı kimidir: 24,96% ($1,710 mln.) "KFW" bankına, 5,7% ($390 tıs.) "LfC" şirkətinə, 25,55% ($1,750 mln.), Beynəlxalq Maliyyə Korporasiyasına, 19,24% ($1,250 mln.) isə AYİB-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti