...

30934 obyektdə kassa aparatlarından istifadə üzrə pozuntular aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2006 16:44 (UTC +04:00)

Trend-i buradan izləyin

Vergilər Nazirliyi operativ vergi nəzarəti üzrə geniş miqyaslı tədbirlər çərçivəsində 132 456 obyektdə reydlər keçirib. Trend in Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin məlumatına istinadən xəbər verdiyi kimi, oktyabrın 27-nə olan vəziyyət üzrə 30934 obyektdə qanunvericiliyin pozulması faktları aşkar edilib. Nəticədə bu obyektlərə qarşı 2 794,858 min manat məbləğində inzibati cərimə tətbiq olunub.

Vergi reydləri iyulun 24-də Bakı üzrə başlanıb. Reydlər yoxlama-nəzarət aparatlarından istifadə və alıcılara çeklərin verilməsi, yəni əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl olunması ilə bağlı keçirilir.

Xəbər lenti

Xəbər lenti