Azərbaycan Dövlət Neft Fondu kastodial xidmətləri göstərmək üçün The Bank Of New York ilə müqavilə imzalayıb. Trend ARDNF-a istinadən xəbər verir ki, həmin bank beynəlxalq kastodial xidmətlərin satın alınması üzrə açıq tenderin qalibi olub.
The Bank Of New York dünyada kastodial xidmətlərinin göstərilməsi üzrə qabaqcıl bankdır və bu xidmətlər üzrə o, 12 trln. ABŞ dolları həcmində vəsaitə malikdir. Bu bankın fəaliyyəti dünyanın 100 bazarını əhatə edir.