...

"Bashak –Inam"ın təsis yığıncağının tarixi müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2006 18:36 (UTC +04:00)

Bakıda 8 dekabrda Bashak-İnam sığorta şirkətinin təsis yığıncağı keçiriləçək. Şirkətin baş direktoru Orxan Həsənovun Trend -ə verdiyi məlumata əsasən, adı çəkilən görüş noyabrın ilk ongünlüyündə baş tutmalı idi, lakin şirkətin təsisçilərinin şura iclası keçirməyə ehtiyac oluğuna görə təxirə salınmışdı. Artıq görüşün yeni tarixi təsdiq olunub.

Müzakirənin əsas mövzusu şirkətin nizamnəməyə uygun fondunun artırılması olacaq. O.Həsənov deyib: "Düşünürəm ki, şirkətin kapitalı 7-8 milyard köhnə manata ( 1,5-1,6 milyon yeni manat) kimi artırılacaq. Bu gün Bashak-İnamın kapitalı 800 min manat səviyyəsindədir. Mənim fikrimcə, sığorta şirkətinin nizamnaməyə uyğun kapitalı heç də ən əsas maliyyə faktoru deyil. Düzdür, kapital az olmamalıdır, lakin o, heç də sığorta şirkətinin stabilliyi üçün əsas rol oynamır. Çünki sığorta edənin idarınin riski düzgün təkrar sığorta etdirmədir".

Azərbaycan Maliyyə Nazirliyinin artıq elan etdiyi, lakin 2007-ci ilin 1 iyulundan qüvvəyə minəcək yeni tələblərinə görə, sığorta şirkətlərinin kapitalı 1 milyon manata qaldırılacaq.

Bashak-İnamın səhmdarları Fransada xalq təsərrüfatı sahəsində ən böyük şirkət hesab olunan "Group AMO" və Azərbaycan tərəfindən bank-kredit təşkilatı olmayan "Aqrar-kredit" təşkilatıdır. "Group AMO"-ya Türkiyənin "Bashak sigorta"-sının 59% səhmləri məxsusdur. O da öz növbəsində Azərbaycan şirkətinin 49% səhmlərinə malikdir.

Gələcəkdə şirkət xalq təsərrüfatını sığortalama fəaliyyətini genişləndirməyi planlaşdırır.

Bashak -Inam aqrar sektorda sığorta şirkətinin ortağıdır və Azərbaycanda şirkətin səhmdarı bank-kredit təşkilatı olmayan "Aqrar-kredit"-dir.

Xəbər lenti

Xəbər lenti