...

Bakıda kassa aparatlarından istifadə üzrə 34632 pozuntu aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2006 17:05 (UTC +04:00)

Vergilər Nazirliyi operativ vergi nəzarəti üzrə geniş miqyaslı tədbirlər çərçivəsində Bakının 147 652 obyektində vergi reydləri aparıb. Trend Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin press-relizinə istinadən xəbər verir ki, noyabrın 21-nə olan məlumata görə, qanunvericiliyin pozulması halları 34632 obyektdə aşkar olunub. Nəticədə bu obyektlərə 3125,892 min manat məbləğində cərimə kəsilib.

24 iyuldan etibarən paytaxtda nəzarət-kassa aparatlarından istifadə və alıcılara çeklərin verilməsinə, yəni əhali ilə nağd pul hesablamalarının həyata keçirilməsi qaydalarına riayət olunmasına nəzarət üzrə vergi reydləri keçirilir.

Xəbər lenti

Xəbər lenti