...

Bakıda keçiriləcək Nəqliyyat Nazirliyi və Koreyanın "Daewoo"-su arasında danışıqların tarixi müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2006 18:41 (UTC +04:00)

Trend məlumat verir ki, dekabrın 15-də Bakıya Koreyanın "Daewoo" şirkəti nümayəndələrinin səfəri gözlənilir. Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bu gün jurnalistlərə bildirib ki, Azərbaycan nəqliyyat naziri Ziya Məmmədovun Koreyaya səfəri çərçivəsində bu şirkətlə "Qarşılıqlı anlama haqqında" memorandum imzalanıb ki, bunun da əsasında "Daewoo"-nun Azərbaycana orta və iri tutumlu avtobuslarının tədarükü durur.

Onun sözlərinə görə, səfərin əsas məqsədi layihənin həyata keçməsi üçün danışıqların aparılması olacaq.

O deyib: "İlk mərhələdə 200 ədəd avtobus gətiriləcək. Gələcəkdə tədarükün həcmi tələbatdan asılı olacaq. Əgər bütün iri avtobusların parkını yeniləşdirsək, onda 3 min ədəd lazım olacaq".

Bütün bu işlər Azərbaycan prezidentinin "Bakı şəhərində 2006-2007-ci illərdə nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" sərəncamı çərçivəsində həyata keçiriləcək.

Yeni avtobusların əldə edilməsi şəhərin nəqliyyat strukturundakı bəzi problemləri həll etməyə, eyni zamanda sərnişinlərə xidmətin keyfiyyətini artırmağa imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti