...

Elman Rüstəmov: Yaxın günlərdə ipoteka ilə bağlı sənəd qəbul olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2006 13:00 (UTC +04:00)

Yaxın günlərdə ipoteka ilə bağlı sənəd qəbul olunacaq. Trend in xəbərinə görə, bu barədə dekabrın 12-də jurnalistlərə Milli Bankın prezidenti Elman Rüstəmov məlumat verib.

"Hazırda biz son vizaları toplayırıq. 1-2 gün ərzində sənəd Prezidentə təqdim olunacaq. Yaxın günlərdə isə artıq təsdiqini tapacaq" - deyə E.Rüstəmov bildirib.

E.Rüstəmov nizamnamə kapitalının artırılması məsələsinə də toxunub. O, qeyd edib ki, bununla əlaqədar son nəticə yanvarın 1-də bəlli olacaq. "Hesab edirəm ki, bu sahədə heç bir problem yoxdur və əsas bankların əksəriyyəti bu tələbləri yerinə yetirəcəklər" - deyə E.Rüstəmov vurğulayıb.

Milli Bankın prezidenti Azərbaycanda orta illik inflyasiyanın 8 faiz olduğunu bildirib və qeyd edib ki, orta illik inflyasiya 9 faizdən çox olmayacaq. "Dekabr ayının sonunda - həm Qurban bayramı, həm yeni il bayramı ərəfəsində əhalinin alış-veriş aktivliyi artır və təbii ki, bu, qimytələrə də müəyyən təsirini göstərir. Biz ənənəvi olaraq dekabr ayında təqribən 1,5 faiz artıq inflyasiya nəzərə almışıq" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti