...

Azərbaycan Nazirlər Kabinet KFW ilə müqavilə imzalamağa səlahiyyət verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2006 12:54 (UTC +04:00)

Azərbaycanın Nazirlər Kabineti iqtisadi inkişaf naziri Heydər Babayevə Almaniya İnkişaf Bankı KFW ilə Azərbaycanda kredit-qarant fondu yaradılması sahəsində razılıq imzalamağa səlahiyyət verib.

Nazirlər Kabinetindən Trend ə verilən məlumata görə, sazişin imzalanması 2007-ci ildə gözlənilir, konkret vaxt isə İqtisadi İnkişaf Nazirliyi və KFW arasında razılaşdırılacaq. KFW layihəyə 4 mln. avro verməyə hazırdır ki, bunun 3,75 mln. avrosu fondun yaradılmasında qarant qismində, 0,25 mln. avrosu isə məsləhətçinin xidmətlərinin ödənilməsi üçün müəyyənləşəcək. Fond KFW -nin mənzil qərargahında hesablaşma hesabı şəklində fəaliyyət göstərməlidir. Azərbaycan bankları AAA+ reytinqli beynəlxalq banklardan, habelə KFW-nin özündən kredit şərtləri ilə borc ala bilər.

İlkin mərhələdə fondun həcmi 2,3 mln. avro təşkil edəcək. Kredit-qarant fondu kredit xətli bankların cəlb olunmasında limit gözləmir, amma ilk mərhələdə qrantların ölçüsü 500 min avronu aşmayacaq. KFW-yə qarantların cəlb olunması ilə bərabər, banklar 1 kredit alana 150 min avrodan artıq məbləğ verə bilməz.

Xəbər lenti

Xəbər lenti