...

Xalqbank 2006-cı ildə maliyyə göstəricilərnin 10 dəfələrlə artması barədə bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2007 14:05 (UTC +04:00)

Xalqbank 2006-cı ildə maliyyə göstəricilərnin 10 dəfələrlə artması barədə bildirib. Cümə günü bank tərəfindən verilən məlumata istinadən Trend bildirir ki, keçən il Xalqbankın aktivləri 333% artıb və 2007-ci il yanvarın 1-i üçün 75146,4 min manat təşkil edib.

Bankın kredit portfeli 536% artaraq 61427,8 min manta çatıb. Cəlb edilən depozit vəsaitlərin məbləği 665% artaraq 63122,4 min manata çatıb. Əhalinin təcili pul qoyuluşlarının həcmi 1123% artaraq 39219,3 min manat təşkil edib.

Xalqbankın məcmu kapitalı 2006-cı ildə 58% artaraq 9007,0 min manat təşkil edib. 2006-cı il fəaliyyətinin nəticələrinə görə bankın gəliri 5467,77 min manat, xərcləri isə 6377,5 min manat təşkil edib. Həmin dövr üçün itkilər 909,73 min mant olub.

Hazırda bank Sumqayıt və Zaqatalada iki regional filiala malikdir, yaxın vaxtlarda Mingəçevir və Neftçalada filiallar açımağı planlaşdırır. Bu günə qədər bank tərəfindən 3000 lokal kart buraxılıb, 11 bankomat, 7 POS-terminal quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti