...

Yanvar ayında Bakıda yol-nəqliyyat pozuntularının sayı 30 000 faktı keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2007 12:25 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Bakı hüquq-mühafizə orqanları tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı 30 000-dən artıq fakt qeydə alınıb. Bu barədə Trend ə Bakı şəhəri Baş Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

Keçən ay ərzində 99 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 30 nəfər ölub, 126 nəfər yaralanıb. Keçən ilin analoji dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 11 fakt azalıb. Polislər tərəfindən içkili vəziyyətdə sükan arxasına oturmuş 558 surucu, sürəti artıran1000 sürücü, qəza vəziyyəti yaradan 485 fakt, hüquq-mühafizə orqanlarına tabe olmayan 53 sürücü, qırmızı işıqda keçmə üzrə 1 132 fakt, dövlət nişanlarının olmaması ilə bağlı 28 fakt aşkar edilib.

Xəbər lenti

Xəbər lenti