...

Tural Sigorta nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir U.İsmayılova/ Tural Sigorta şirkəti 2007-ci il ərzində nizamnamə kapitalını əlavə 100 min manat da artıracaq. Bu barədə məlumatı şənbə günü şirkətin sədr müavini Eldar Məmmədov verib.

Onun sözlərinə görə, hazırda şirkətin nizamnamə kapitalı 700 min manat təşkil edir. E.Məmmədov bundan sonra şirkətin öz fəaliyyətini yaxın zamanlarda qəbulu gözlənilən sığorta haqqında yeni qanuna müvafiq olaraq davam etdirəcəyini bildirib.

Tural Sigorta 3 məcburi, 9 könüllü sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti